EN

ABŞ-nin müvəqqəti işlər vəkili ABŞ–Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi barədə danışıb

Bakı. Trend:

Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmChamAzərbaycan) aylıq Üzvlər Naharını keçirib. Tədbirdə ABŞ-ninMüvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi,Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff vəABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrəölkə meneceri Sara Leminq iştirak ediblər. AmCham Azərbaycan ölkədəkommersiya əlaqələrinin inkişafında və ABŞ özəl sektorununAzərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm roloynayır.

Bu barədə Trend-ə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumatverilib.

Bildirilib ki, ABŞ və Azərbaycan hökumətləri fevralın 10-davitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindənimzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətindəfəal iş aparırlar. Əsas çıxışında Müvəqqəti işlər vəkili Karlonregional bağlantıların genişləndirilməsi, o cümlədən enerji,ticarət və tranzit sahələrində əməkdaşlıq, iqtisadi investisiyalar— xüsusilə süni intellekt və rəqəmsal infrastruktur — eləcə dətəhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətindəgörülən işləri vurğulayıb. Xanım Neff və USTDA nümayəndə heyətininsəfəri də bu səylərin tərkib hissəsidir və məqsəd Azərbaycanlabirgə konkret layihələr hazırlayaraq ikitərəfli münasibətləri dahayüksək səviyyəyə qaldırmaqdır.

Müvəqqəti işlər vəkili Karlon Azərbaycanın regional nəqliyyat vəyükdaşıma mərkəzi kimi böyük potensiala malik olduğunu qeyd edib vəhər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılmasıistiqamətində görülən işləri vurğulayıb. Bu səylərin qarşılıqlıinvestisiyaların və ticarətin artmasına, eləcə də ümumi rifahınyüksəlməsinə töhfə verəcəyi bildirilib. O, ABŞ–Azərbaycanmünasibətlərinin inkişafına verdiyi uzunmüddətli töhfələrə görəAmCham-a təşəkkürünü bildirib.

Müvəqqəti işlər vəkili Karlon bildirib:

“Tramp Administrasiyası dövründə biz iqtisadi diplomatiyaya vəqarşılıqlı rifah yaradan razılaşmalara xüsusi önəm veririk.”

Chosen
21
8
az.trend.az

9Sources