Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, ABŞ və Azərbaycan hökumətləri fevralın 10-da vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində fəal iş aparırlar. Əsas çıxışında Müvəqqəti işlər vəkili Karlon regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji, ticarət və tranzit sahələrində əməkdaşlıq, iqtisadi investisiyalar - xüsusilə süni intellekt və rəqəmsal infrastruktur - eləcə də təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb. Xanım Neff və USTDA nümayəndə heyətinin səfəri də bu səylərin tərkib hissəsidir və məqsəd Azərbaycanla birgə konkret layihələr hazırlayaraq ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdır.
Müvəqqəti işlər vəkili Karlon Azərbaycanın regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik olduğunu qeyd edib və hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Bu səylərin qarşılıqlı investisiyaların və ticarətin artmasına, eləcə də ümumi rifahın yüksəlməsinə töhfə verəcəyi bildirilib. O, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına verdiyi uzunmüddətli töhfələrə görə AmCham-a təşəkkürünü bildirib.
Müvəqqəti işlər vəkili Karlon bildirib:
"Tramp Administrasiyası dövründə biz iqtisadi diplomatiyaya və qarşılıqlı rifah yaradan razılaşmalara xüsusi önəm veririk."