EN

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

10:52

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasa (Yunanıstan) ipponla qalib gəlib.

Təmsilçimiz 1/8 finalda Dardan Çena (Kosovo) ilə qarşılaşacaq.
 

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.


Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Bizim.Media

Chosen
23
9
bizim.media

10Sources