AZ

Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı - FOTO - VİDEO

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu Hidayət Heydərov finalda ev sahibi, olimpiya çempionu Laşa Şavdatuaşviliyə uduzub.

Bununla da o karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb.

Təmsilimiz daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan yeddi idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

  • Hidayət
  • Hidayət
  • Hidayət
  • Hidayət
  • Hidayət
  • Hidayət
Seçilən
23
3
day.az

10Mənbələr