EN

AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar təşkil etdi

Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən təşkil olunan tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.

Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib, maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib. Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.

Chosen
5
11
fanat.az

10Sources