EN

“Tramp İranla razılaşma naminə əlavə güzəştlərə gedə bilər” – “Politico


ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etmək üçün əlavə güzəştlərə gedə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat verib.
Nəşrin qeyd etdiyi kimi, Trampın İsrail və Livan arasında atəşkəs elan etməsi onun İrana qarşı müharibəyə son qoymaq istədiyini göstərir.
“Politico”nun məlumatına görə, Ağ Ev rəhbəri bu yaxınlarda Livanda hərbi əməliyyatların dayandırılmasının ABŞ və İran arasında atəşkəs şərtləri siyahısında olmadığını və münaqişəni təcrid olunmuş toqquşma olduğunu bildirib. Lakin Tramp Netanyahunu zərbələri dayandırmağa məcbur etməklə İran sazişini poza biləcək bir amili aradan qaldırıb.
Qəzet Fars körfəzi ölkəsindən olan adı açıqlanmayan yüksək vəzifəli məmurun sözlərini sitat gətirərək, Trampın həqiqətən də bu münaqişəyə son qoymaq istədiyi üçün başqa güzəştlərə də gedə biləcəyini bildirib.
Chosen
23
1
yeniavaz.com

2Sources