AZ

“Tramp İranla razılaşma naminə əlavə güzəştlərə gedə bilər” “Politico

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etmək üçün əlavə güzəştlərə gedə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat verib.

Nəşrin qeyd etdiyi kimi, Trampın İsrail və Livan arasında atəşkəs elan etməsi onun İrana qarşı müharibəyə son qoymaq istədiyini göstərir.

“Politico”nun məlumatına görə, Ağ Ev rəhbəri bu yaxınlarda Livanda hərbi əməliyyatların dayandırılmasının ABŞ və İran arasında atəşkəs şərtləri siyahısında olmadığını və münaqişəni təcrid olunmuş toqquşma olduğunu bildirib. Lakin Tramp Netanyahunu zərbələri dayandırmağa məcbur etməklə İran sazişini poza biləcək bir amili aradan qaldırıb.

Qəzet Fars körfəzi ölkəsindən olan adı açıqlanmayan yüksək vəzifəli məmurun sözlərini sitat gətirərək, Trampın həqiqətən də bu münaqişəyə son qoymaq istədiyi üçün başqa güzəştlərə də gedə biləcəyini bildirib.

Qeyd edək ki, 16 apreldə ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini elan edib. O, Livan Prezidenti Cozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqları apardığını və onların 17 aprel Bakı vaxtı ilə saat 01:00-da qüvvəyə minmək şərti ilə 10 günlük atəşkəs barədə razılığa gəldiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniavaz.com

2Mənbələr