EN

Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacağını qəbul edib.

"Sky News" xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbəti zamanı bildirib.

Tramp qeyd edib ki, Vaşinqton hazırda Tehranla “çox yaxşı münasibətlər” saxlayır və tərəflər arasında dialoq müsbət şəkildə davam edir.

ABŞ lideri əlavə edib ki, iki həftəlik atəşkəsin uzadılmasına ehtiyac olub-olmayacağı hələ dəqiq deyil, lakin lazım gələrsə, bu addım atıla bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
7
apa.az

10Sources