AZ

Tramp: “İran nüvə materiallarını təhvil verməyə razıdır”

ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp bildirib ki, Tehran nüvə silahına sahib olmamaqla yanaşı, mövcud nüvə materiallarını da təhvil verməyə razılıq verib.

Onun sözlərinə görə, İran tərəfi bu mövzuda əvvəlkindən daha çevik mövqe nümayiş etdirir və iki ay əvvəl qəbul etmədiyi şərtlərə indi müsbət yanaşır. ABŞ lideri vurğulayıb ki, bu razılaşmalar olduqca qəti xarakter daşıyır və Vaşinqton İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcək.

Tramp əlavə edib ki, tərəflər arasında artıq bir neçə mühüm razılaşma mövcuddur və bu prosesin müsbət nəticə ilə yekunlaşacağına ümid edir. Bununla yanaşı, o xəbərdarlıq edib ki, əgər yekun saziş əldə olunmasa, hərbi əməliyyatların yenidən başlaması mümkündür.

 

Musavat.com

Seçilən
19
50
musavat.com

10Mənbələr