EN

Bessent: ABŞ-də benzinin qiymətləri bu yaya qədər bir qallona görə 3 dollara yaxın olacaq

Vaşinqton, 15 aprel, AZƏRTAC

Benzin qiymətləri ABŞ-də bu yaya qədər bir qallona (3,785 litr) görə 3 dollara yaxın olacaq.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Birləşmiş Ştatların maliyyə katibi Skott Bessent jurnalistlərə açıqlama verib. O bildirib ki, neftin çıxarılması Hörmüz boğazının açılışından bir həftə sonra bərpa oluna bilər

"Mən nikbinəm ki, 20 iyun və 20 sentyabr tarixləri arasında yenidən 3 dollarlıq benzin əldə edə bilərik", - deyə Bessent qeyd edib.

ABŞ-də benzinin qiyməti əvvəllər təxminən bir qallona görə 3,17 dollar idisə, indi orta hesabla 4,11 dollar təşkil edir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Chosen
29
5
azertag.az

6Sources