Vaşinqton, 15 aprel, AZƏRTAC
Benzin qiymətləri ABŞ-də bu yaya qədər bir qallona (3,785 litr) görə 3 dollara yaxın olacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Birləşmiş Ştatların maliyyə katibi Skott Bessent jurnalistlərə açıqlama verib. O bildirib ki, neftin çıxarılması Hörmüz boğazının açılışından bir həftə sonra bərpa oluna bilər
"Mən nikbinəm ki, 20 iyun və 20 sentyabr tarixləri arasında yenidən 3 dollarlıq benzin əldə edə bilərik", - deyə Bessent qeyd edib.
ABŞ-də benzinin qiyməti əvvəllər təxminən bir qallona görə 3,17 dollar idisə, indi orta hesabla 4,11 dollar təşkil edir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton