Moskvada Rusiya güc strukturunun yüksək vəzifəli şəxsinə qarşı hücum planının qarşısı alınıb.
Â
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Â
Bildirilib ki, terror planının üç iştirakçısı saxlanılıb.
Â
FSB saxlanılan üç nəfərin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Moskvaya göndərilən Ukrayna hərbçisi, eləcə də Moldova vətəndaşı və Rusiya vətəndaşı olduğunu açıqlayıb.
Â
Qeyd olunub ki, onlar yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşına qarşı elektrik skuterindən istifadə edərək terror aktı planlaşdırıblar.
Â
Bundan əlavə, FSB Krımda Qara Dəniz Donanmasının obyektləri haqqında Ukrayna tərəfinə məlumat ötürən SBU agentinin saxlanıldığı barədə məlumat yayıb.