Moskvada Rusiya güc strukturunun yüksək vəzifəli şəxsinə qarşı hücum planının qarşısı alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, terror planının üç iştirakçısı saxlanılıb.
FSB saxlanılan üç nəfərin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Moskvaya göndərilən Ukrayna hərbçisi, eləcə də Moldova vətəndaşı və Rusiya vətəndaşı olduğunu açıqlayıb.
Qeyd olunub ki, onlar yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşına qarşı elektrik skuterindən istifadə edərək terror aktı planlaşdırıblar.
Bundan əlavə, FSB Krımda Qara Dəniz Donanmasının obyektləri haqqında Ukrayna tərəfinə məlumat ötürən SBU agentinin saxlanıldığı barədə məlumat yayıb.
"Cebheinfo.az"