BAKI,TurkicWorld, NailÉ™ BabazadÉ™
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qətərə gedib.
Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabından verilən məlumata görə, nazir Yaşar Gülər paytaxt Dohadakı qarşılanma mərasimindən sonra Qətər-Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığına baş çəkib. Nazir hərbi hissədə yoxlamalar aparıb və bölmələrin fəaliyyəti ilə yaxından tanış olub.