AZ

Türkiyənin Milli Müdafiə naziri Qətərə rəsmi səfər edib

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qətərə gedib.

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabından verilən məlumata görə, nazir Yaşar Gülər paytaxt Dohadakı qarşılanma mərasimindən sonra Qətər-Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığına baş çəkib. Nazir hərbi hissədə yoxlamalar aparıb və bölmələrin fəaliyyəti ilə yaxından tanış olub.

Seçilən
20
turkic.world

1Mənbələr