EN

13 qurum bağlanmış müqavilədə nöqsana yol verib - Palata sədri

"13 qurumda bağlanmış müqavilədə artıq xərclərin aparılmasında 30 halda nöqsana yol verilib. Bu, cari nəzarətin gücləndirilməsini tələb edir”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, satınalma müqavilələrinin şərtlərində, o cümlədən qiymətlərində dəyişiklik edilməsi, eyni zamanda bu növ pozuntuların sayı ümumi pozuntuların sayının 1/3-nə bərabərdir: “Xüsusi çəkisi kifayət qədər böyükdür. Bu isə sövdələşmə və digər risklərin mövcudluğunu göstərir".

Palata sədrinin sözlərinə görə, nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 və daha çox fərqlənib. “Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır. 2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq olunmaqla keçirilmiş dövlət satınalmaları barədə məlumata əsasən, bir mənbə üzrə satınalmanın yalnız 2 faizində ehtimal olunan məbləğ hesablanıb. Aparılan təhlillər göstərir ki, məbləğ ifadəsində ən böyük fərq əsasən tikinti, tibb sahəsi və enerji layihələri kimi sahələr üzrə bağlanmış müqavilələr üzrə olub", - V.Gülməmmədov qeyd edib.

Mürtəza

Chosen
4
8
olke.az

10Sources