Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 və daha çox fərqlənib:
“Eyni zamanda bir mənbdən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır. 2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq olunamqla keçirilmiş dövlət satınalmaları barədə məlumata əsasən, bir mənbə üzrə satınalmanın yalnız 2 faizində ehtimal olunan məbləğ hesablanıb. Aparılan təhlillər göstərir ki, məbləğ ifadəsində ən böyük fərq əsasən tikinti, tibb sahəsi və enerji layihələri kimi sahələr üzrə bağlanmış müqavilələr üzrə olub”.


