EN

MLS klubu italyan baş məşqçini istefaya yolladı

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Monreal" baş məşqçisi Marko Donadellə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb.

42 yaşlı italiyalı mütəxəssisin köməkçiləri Jakopo Falanqa və Lorenso Pinsauti də işdən çıxarılıb. Komandanın "sükanı" müvəqqəti olaraq Filipp Ellafroya tapşırılıb.

Donadel ötən ilin martında "Monreal"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 7 qələbə, 20 məğlubiyyət və doqquz heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, "Monreal" hazırda Şərq Konfransının turnir cədvəlində yeddi oyundan sonra üç xalla sonuncu yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
28
sport24.az

10Sources