ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Spartak"ın və Rusiya millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Mostovoy əvvəllər "futbol adamı deyil" adlandırdığı "Krasnodar"ın baş məşqçisi Murad Musayev barədə söylədiyi fikirlərlə yenidən gündəmə gəlib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə Sport24.ru portalına açıqlama verib:
"Krasnodar" ardıcıl ikinci çempionluğunu qazansa belə, mən yenə də Murad Musayev haqqında fikrimi dəyişməyəcəyəm. Dəyişdiriləcək nə var? Niyə? Bunu mən uydurmamışam. Futbol oynamayıb. Mən bunu uydurmuram, faktları deyirəm.
Musayevdən "futbol adamı deyil" etiketini silməyə heç nə kömək edə bilməz. O, yalnız məşq meydançasında işləyirdi? Bütün həyatımızı meydanda keçirdik. O isə bazada qapı açırdı və ya toplara hava vururdu. Onun haqqında danışmaqda maraqlı deyiləm. Gəlin Deşam, Luis Enrike haqqında danışaq, amma onun haqqında yox".
Qeyd edək ki, "Sabah"ın sabiq baş məşqçisi ötən mövsüm "Krasnodar"ı tarixində ilk dəfə Rusiya çempionu edib. Cari mövsümün bitməsinə altı tur qalmış isə Musayevin komandası turnir cədvəlinə başçılıq edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.