EN

Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir

Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.

SİA-nın məlumatına görə, sonuncu oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "İmişli" "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. Tovuz klubu 49 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 32 xalla yeddinci sıradadır.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Chosen
19
8
sia.az

10Sources