EN

Misli Premyer Liqasında 27-ci tur başa çatır

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşacaq. Oyunun start fiti saat 15:30-da veriləcək. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə "Qəbələ" rəqibindən üstün olub - 3:2.

Günün və turun son matçı Tovuzda olacaq. Burada "Turan Tovuz" doğma meydanında "Sumqayıt"ı qəbul edəcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.

12 aprel (bazar)

Misli Premyer Liqası 

27-ci tur

15:30. “Qəbələ” - “İmişli” 
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” - “Sumqayıt” 
Tovuz şəhər stadionu

10 aprel (cümə)

“Karvan-Yevlax” - “Kəpəz” - 4:1

11 aprel (şənbə)

“Neftçi” - “Araz-Naxçıvan” - 2:1

 “Sabah” - “Zirə” - 2:2

“Şamaxı” - “Qarabağ” - 0:0

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Chosen
14
1
teleqraf.com

8Sources