Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşacaq. Oyunun start fiti saat 15:30-da veriləcək. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə "Qəbələ" rəqibindən üstün olub - 3:2.
Günün və turun son matçı Tovuzda olacaq. Burada "Turan Tovuz" doğma meydanında "Sumqayıt"ı qəbul edəcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.
12 aprel (bazar)
Misli Premyer Liqası
27-ci tur
15:30. “Qəbələ” - “İmişli”
Qəbələ şəhər stadionu
18:00. “Turan Tovuz” - “Sumqayıt”
Tovuz şəhər stadionu
10 aprel (cümə)
“Karvan-Yevlax” - “Kəpəz” - 4:1
11 aprel (şənbə)
“Neftçi” - “Araz-Naxçıvan” - 2:1
“Sabah” - “Zirə” - 2:2
“Şamaxı” - “Qarabağ” - 0:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol