EN

İslamabad masasında sərt mövqe – Pezeşkian geri addım atmadı

İran prezidenti Məsud Pezeşkian Pakistan səfəri fonunda diqqət çəkən açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o, X platformasında paylaşım edərək bildirib ki, İslamabadda olan yüksək səviyyəli İran nümayəndə heyəti ölkənin milli maraqlarını tam şəkildə qorumaq əzmindədir.

Pezeşkian vurğulayıb ki, heyət danışıqlarda cəsarətlə çıxış edəcək və İranın mövqeyini qətiyyətlə müdafiə edəcək.

Prezident əlavə edib ki, aparılan danışıqların nəticəsindən asılı olmayaraq, hökumətin əsas prioriteti dəyişməz qalır: “Xalqa xidmətimiz bir an belə dayanmayacaq. Hansı nəticə əldə olunursa-olunsun, dövlət xalqın yanında olacaq”.

Chosen
37
50
editor.az

10Sources