AZ

ABŞ–İran danışıqlarında yeni mərhələ: yazılı sənədlər masada

ABŞ ilə İran arasında aparılan birbaşa danışıqların ilkin mərhələsi başa çatıb.

Musavat.com xəbər verir ki, tərəflər artıq müzakirə olunan əsas məsələlər üzrə yazılı sənədlərin qarşılıqlı mübadiləsi mərhələsinə keçiblər.

Məlumata görə, bu addım danışıqların daha konkret və texniki müstəviyə keçdiyini göstərir. Diplomatik praktikada yazılı sənədlərin təqdim olunması tərəflərin mövqelərinin rəsmiləşdirilməsi və mümkün razılaşma konturlarının müəyyənləşdirilməsi baxımından mühüm sayılır.

Danışıqlar qrupuna yaxın bir şəxs bildirib ki, danışıqların növbəti mərhələsi bu gecə və ya sabah keçiriləcək.

Musavat.com

Seçilən
31
25
musavat.com

10Mənbələr