EN

NATO-nu dağıtmaq üçün Trampın 5 ssenarisi – Bacaracaq?

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, Yaxın Şərqdə gərginlik, İrana qarşı ABŞ və İsrailin hücumu NATO ilə Vaşinqton arasındakı ziddiyyətləri pik həddə çatdırıb. Ağ Evin rəhbəri Donald Tramp Alyans üzvlərini ona lazımı dəstək verməməkdə ittiham edib, NATO-nu ciddi şəkildə zəifləmiş və Birləşmiş Ştatların son dərəcə etibarsız tərəfdaşı adlandırıb. Bu azmış kimi, o, ABŞ-ni NATO-dan çıxaracağı ilə hədələyib. Hesab edilir ki, Tramp İkinci Dünya Müharibəsindən sonra qurulmuş qlobal təhlükəsizlik sisteminin əsas faktorlarından birini sarsıtmaq xəttini götürüb.

Trampın NATO antipatiyası

Yeri gəlmişkən, NATO-nu günahlandırmaq hazırkı Ağ Ev rəhbərinin uzun müddətdir davam edən vərdişidir. İlk səlahiyyət müddətində də Tramp müdafiə xərclərini artırmağı tələb etməklə Avropa liderlərini təhdid etmişdi. Nəticədə o, buna nail oldu. Tramp ilk dəfə 2017-ci ildə NATO-nu islahatlara ehtiyacı olan "köhnəlmiş" təşkilat kimi təsvir edib. Elə həmin il əvvəlcə mediada, sonra isə rəsmilərin açıqlamalarında onun alyansı məhv etmək üçün çalışdığı barədə fərziyyələr ortaya çıxdı. İndi Tramp eyni şey barədə açıq danışıb. Son bir neçə gün ərzində o və komandası dəfələrlə ABŞ-nin hərbi blokdan çıxma ehtimalının ciddi şəkildə nəzərdən keçirildiyini təkrarlayıblar. ABŞ lideri əlavə edib ki, heç vaxt NATO-nu dəstəkləməyə meylli olmayıb: “Mən həmişə bilirdim ki, NATO sadəcə kağız pələngdir".

Chosen
13
50
publika.az

10Sources