EN

Həsənağa Bağırov vəfat etdi

Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.

 

Həkim bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub. O, ilk olaraq Salyan rayonunun Pratman-Gəncəli kəndində həkim işləyib, 1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib.

 

H.Bağırov xəstəxanada kardioloji kabinet yaradıb, qısa müddətdə burada 40 çarpayılıq şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.

 

Məlumat üçün bildirək ki, 86 yaşlı Həsənağa Bağırovun qardaşı Əliağa Bağırov ürək cərrahiyyəsi üzrə dünyada tanınan məşhur həkimlərdəndir.

 

Oxu.az

Tarix: 11 Aprel 2026, 13:27   
Chosen
2
7
pravda.az

10Sources