AZ

Tanınmış həkim vəfat etdi

Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.

Publika.az Oxu.az-a istinadla xəbər verir ki, həkim bu gün dünyasını dəyişib.

Qeyd edək ki, H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub. O, ilk olaraq Salyan rayonunun Pratman-Gəncəli kəndində həkim işləyib, 1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib.

H.Bağırov xəstəxanada kardioloji kabinet yaradıb, qısa müddətdə burada 40 çarpayılıq şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.

Seçilən
1
10
publika.az

10Mənbələr