EN

ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135R” yanacaqdaşıyan təyyarə Aralıq dənizi üzərində həyəcan siqnalı verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə aviasiya monitorinq resurslarının məlumatlarında qeyd olunub.

Təyyarə Yunanıstanın Krit adası yaxınlığında hava məkanında olarkən yardım istəyib. Ekipaj transponderdə beynəlxalq aviasiyada ümumi fövqəladə vəziyyəti bildirən 7700 kodunu aktivləşdirib.

Belə siqnal adətən mühərrik nasazlığı, kabinədə təzyiqin düşməsi və ya ekipaj üzvlərinin səhhətinin qəfil pisləşməsi kimi hallarda verilir. Hadisənin səbəbi və təyyarənin hazırkı vəziyyəti barədə rəsmi məlumat yoxdur./Oxu.Az/

Chosen
21
3
nocomment.az

4Sources