AZ

ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "KC-135R" yanacaqdaşıyan təyyarə Aralıq dənizi üzərində həyəcan siqnalı verib.Demokrat.az  "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə aviasiya monitorinq resurslarının məlumatlarında qeyd olunub.Təyyarə Yunanıstanın Krit adası yaxınlığında hava məkanında olarkən yardım istəyib. Ekipaj transponderdə beynəlxalq aviasiyada ümumi fövqəladə vəziyyəti bildirən 7700 kodunu aktivləşdirib.Belə siqnal adətən mühərrik nasazlığı, kabinədə təzyiqin düşməsi və ya ekipaj üzvlərinin səhhətinin qəfil pisləşməsi kimi hallarda verilir. Hadisənin səbəbi və təyyarənin hazırkı vəziyyəti barədə rəsmi məlumat yoxdur.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
demokrat.az

4Mənbələr