EN

İran ABŞ la danışıqlarda nümayəndə heyətinin tərkibini qarşı tərəfə görə müəyyən edəcək

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aprelin 10-da Pakistanda ABŞ-la keçiriləcək danışıqlarda İran nümayəndə heyətinin tərkibi Amerika tərəfini kimin təmsil edəcəyindən asılı olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, “qarşı tərəfdən nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi həlledici olacaq və biz də öz heyətimizi buna uyğun formalaşdıracağıq”. Onun sözlərinə görə, ABŞ tərəfi vasitəçi Pakistan üzərindən məlumat verib ki, nümayəndə heyətinə ABŞ-ın vitse-prezidenti Ceyms Ddevid Vens rəhbərlik edəcək. Bu halda İran tərəfdən nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf başçılıq edə bilər.

Xətibzadə əlavə edib ki, Tehran planlaşdırılan danışıqlar ərəfəsində vəziyyəti diqqətlə izləyəcək. “Biz bu prosesin baş tutmasına ciddi şəkildə maraqlıyıq. Bu, ölkəmizin milli maraqlarına uyğundur və ən vacib məsələdir”, – deyə o vurğulayıb.

ABŞ prezidenti Donald Tramp aprelin 7-də İranla qarşılıqlı iki həftəlik atəşkəs elan edildiyini bildirib. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin böyük hissəsini həll edib və Vaşinqton Tehranın 10 maddədən ibarət təkliflərini gələcək danışıqlar üçün “işçi əsas” kimi nəzərdən keçirir. Tramp həmçinin qeyd edib ki, bu qərar İranın Hörmüz boğazını açmağa hazır olması fonunda qəbul olunub.

Tehran isə öz növbəsində bəyan edib ki, İslam Respublikasına qarşı zərbələr endirilməyəcəyi təqdirdə “müdafiə xarakterli hücumları” dayandırmağa razıdır. Tərəflər arasında vasitəçi rolunu oynayan Pakistanın baş naziri Şahbaz Şərif onları aprelin 10-da danışıqlara dəvət edib. İran dövlət televiziyasının məlumatına görə, görüşlərin birbaşa formatda keçiriləcəyi gözlənilir.

CNN telekanalının məlumatına əsasən, ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Ağ Evin rəhbərinin kürəkəni, iş adamı Cared Kuşner daxil olacaq.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
30
bizimyol.info

10Sources