AZ

İran ABŞ ilə danışıqlara hazır deyil

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin maksimalist tələbləri İranla birbaşa danışıqların növbəti raundunun keçirilməsinə mane olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində "Associated Press"ə müsahibəsində bildirib.

O, Ağ Ev rəhbəri Donald Trampın bəyanatlarını təkzib edərək İranın öz zənginləşdirilmiş uranını ABŞ-yə verməyəcəyini qeyd edib.

"Sizə deyə bilərəm ki, zənginləşdirilmiş uran Birləşmiş Ştatlara göndərilməyəcək. Bu heç müzakirə də olunmur, biz çox şeyi müzakirə etməyə hazırıq, ancaq bu məsələdə güzəştə getməyəcəyik", - nazir müavini vurğulayıb.

Xətibzadə həmçinin ABŞ-ni İrana həddindən artıq tələblər irəli sürməkdə ittiham edib.

"Biz real görüşə (birbaşa danışıqlara - red.) hələ hazır deyilik, çünki elə məsələlər var ki, amerikalılar bu barədə öz maksimalist mövqelərindən əl çəkməyiblər", - o bildirib və əlavə edib ki, İran əyani görüşə keçməzdən əvvəl çərçivə sazişi bağlamağa çalışır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
bakivaxti.az

3Mənbələr