AZ

İran zənginləşdirilmiş uranı ABŞ-yə göndərməyi planlaşdırmır

BAKI, 19 aprel. TELEQRAF

İran Xarici İşlər Nazirliyi ölkənin ABŞ-yə zənginləşdirilmiş uran göndərmək niyyətində olmadığını və bu məsələnin müzakirə olunmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası Səid Xətibzadənin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, Xətibzadə bildirib ki, İran heç bir zənginləşdirilmiş materialı ABŞ-yə göndərməyəcək və bu məsələ ümumiyyətlə gündəmdə deyil.

O əlavə edib ki, Tehran və Vaşinqton arasında müəyyən mesaj mübadiləsi aparılıb, lakin ABŞ tərəfindən irəli sürülən tələblər İran üçün həddindən artıq hesab olunur.

Seçilən
46
2
teleqraf.com

10Mənbələr