EN

Aramsız yağışlar Türkiyə və Dağıstanda həyatı iflic etdi

Aramsız və intensiv yağışlar Dağıstan və Türkiyədə genişmiqyaslı sel fəlakətlərinə səbəb olub. Təbii fəlakət nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb, infrastruktur ciddi zərər görüb.

Azreform.info Trend-ə istinadən xəbər verir ki, Dağıstanda çayların məcrasından çıxması nəticəsində onlarla kənd və rayon su basıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2 mindən çox ev zərər görüb, 5 mindən artıq sakin təhlükəsiz ərazilərə təxliyə olunub. Sel fəlakəti nəticəsində azı 7 nəfər həyatını itirib. Bundan əlavə, 20-dən çox körpü və yol infrastrukturu dağılıb, bir sıra ərazilərdə elektrik və qaz təchizatında fasilələr yaranıb. Bölgədə xilasetmə əməliyyatları davam etdirilir.

Türkiyədə isə ən ağır vəziyyət Qara dəniz bölgəsində qeydə alınıb. 1000-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Sel suları avtomobilləri aparıb, torpaq sürüşmələri isə bir sıra yolları bağlayaraq bəzi yaşayış məntəqələri ilə əlaqəni müvəqqəti kəsib.

Chosen
9
10
azreform.info

10Sources