EN

Bir vəkil Kollegiyadan xaric edilib: digəri isə cərimələnib

Bakı. Trend:

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.Yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaricedilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub.

Trend xəbərverir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilir ki, 2026-cı il aprelin 8-də Azərbaycan RespublikasıVəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclasıkeçirilib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillikfəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsiilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətəüzvlük haqqından azad olunması və mövcud borcların silinməsi iləbağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərinvəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyiünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi iləbağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbuledilib.

Eyni zamanda iclasda “Philip C. Jessup” Beynəlxalq MəhkəməMüsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyiningöstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxilolan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalqsəviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasınınəhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsibarədə müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinəbaxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş intizampozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkilbarəsində isə cərimə tədbiri tətbiq olunub.

Chosen
13
21
az.trend.az

10Sources