EN

Taleh Bağırzadənin oğlu yumruqla 17 yaşlı qızın burnunu sındırıb

Taleh Bağırzadənin oğlu yumruqla 17 yaşlı qızın burnunu sındırıb.

APA-nın əldə etdiyi məlumata görə, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.

Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hakimiyyəti zorla ələ keçirməyə cəhd, terrorçuluq və digər cinayətlərdə ittiham olunub.

Chosen
5
4
apa.az

10Sources