AZ

Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın burnunu sındırdı

Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.

Yenilik.az xəbər verir ki, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.
Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Taleh Bağırzadə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət çevrilişinə cəhd, terrorçuluq cinayətlərində ittiham olunub./APA
Seçilən
1
4
yenilik.az

10Mənbələr