NATO baş katibi ABŞ-yə səfərə gedir.
Redaktor.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte aprelin 8-də ABŞ-yə səfərə başlayacaq.
Səfərin aprelin 12-dək davam edəcəyi bildirilir.
Rutte ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşəcək.
Qeyd edək ki, görüşlər ABŞ-nin NATO-nu tənqid etməsi fonunda baş tutacaq.
Donald Tramp daha əvvəl NATO müttəfiqlərini tənqid edib və Alyansın xərclərini azalda biləcəyini bildirib.
Aminə ŞAHSUVARQIZI