AZ

Vaşinqtonun NATO-ya qarşı tənqidləri fonunda Rutte ABŞ-də TramplaGÖRÜŞƏCƏK

NATO baş katibi ABŞ-yə səfərə gedir.

Redaktor.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte aprelin 8-də ABŞ-yə səfərə başlayacaq.

Səfərin aprelin 12-dək davam edəcəyi bildirilir.

Rutte ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşəcək.

Qeyd edək ki, görüşlər ABŞ-nin NATO-nu tənqid etməsi fonunda baş tutacaq.

Donald Tramp daha əvvəl NATO müttəfiqlərini tənqid edib və Alyansın xərclərini azalda biləcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr