EN

Ayxan Abbasov: “Şamaxı” boyundan yuxarı tullandı” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və gərgin oyun oldu. Birinci hissədə taktiki savaş getdi. Təəssüf ki, Dioqo Balau fürsətdən istifadə etmədi. Bilirdik ki, fasilədən sonra rəqib dəyişiklik edəcək. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız bizi çətin duruma saldı. Qol buraxdıqdan sonra da komanda dağılmadı, sona qədər şansımızı saxladıq. Bir çox oyunlarda bu çatmırdı, qol buraxdıqdan sonra dağılmışıq, ikinci qolu buraxmışıq. 10 nəfərlə “Zirə” kimi komandadan xal almaq uğurdur. Bu mövsüm “Şamaxı” boyundan yuxarı tullandı. İstəyimiz budur ki, futbolçular sona qədər mübarizə aparsınlar. Rəqibi də təbrik edirəm, bir xal qazandılar.

Dioqo Balauya niyə əsəbiləşdim? Topu qəbul etdikdən sonra bu səhvləri edirdi. İrəliyə oynamaq istəyirdi. Birinci hissədə də öz tərəfimizdə elə səhv etmişdi. Üzücü hal odur ki, gələn oyun üçün itkilərimiz çoxdur. Kərim Rossi, Dioqo Balau ilə yanaşı, mən də cəzalıyam. Sizinlə danışa-danışa fikirləşirik ki, növbəti oyun üçün 11 nəfər tapaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
4
22
arena.az

10Sources