EN

SON DƏQİQƏ: Xarq adasına hücum BAŞLADI

İranın Xarq adasında bir neçə güclü partlayış baş verib.

Bu barədə məlumatı “Mehr” agentliyi öz “Telegram” kanalında paylaşıb.

İran agentliyinin yaydığı məlumatda bildirilir: “Düşmən koalisiya Xarq adasına bir neçə hücum həyata keçirib və adada ard-arda partlayış səsləri eşidilib”.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp bəyanat yayaraq, İranın Hörmüz boğazını açmayacağı təqdirdə Xarq adasındakı neft infrastrukturunu məhv edəcəyi ilə hədələyib.

Musavat.com

Chosen
15
2
editor.az

10Sources