AZ

SON DƏQİQƏ: Xark adasına hücum BAŞLADI

İranın Xark adasında bir neçə güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Mehr" agentliyi öz "Telegram" kanalında paylaşıb.

İran agentliyinin yaydığı bəyanatda bildirilir: "Düşmən koalisiya Xark adasına bir neçə hücum həyata keçirib və adada ard-arda partlayış səsləri eşidilib".

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp bəyanat yayaraq, İranın Hörmüz boğazını açmayacağı təqdirdə Xark adasındakı neft infrastrukturunu məhv edəcəyi ilə hədələyib.

Musavat.com

Seçilən
1
2
musavat.com

10Mənbələr