EN

İran bütün Səudiyyəni BOMBALADI, ölkə od İÇİNDƏ, sülh üçün 10 maddəlik PLAN–TV Musavat – Canlı debat

İran Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının bütün ərazisi boyunca enerji və sənaye obyektlərinə kütləvi raket zərbələri endirib.

Musavat.com xəbər verir ki, İran mənbələrinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki enerji infrastrukturu ballistik raketlərlə hədəf alınıb.

Eyni zamanda, ölkənin şərqində yerləşən və Yaxın Şərqin ən böyük sənaye mərkəzi hesab olunan Əl-Cubayl şəhəri də ağır zərbələrə məruz qalıb.

Regionun əsas neft-kimya və enerji obyektlərinin cəmləşdiyi bu şəhərdə güclü partlayışlar baş verib və genişmiqyaslı yanğınlar başlayıb.

Gərginlik digər ölkələrə də sıçrayıb. "CBS News"un 2 ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İran PUA-larının Küveytdəki "Əli əl-Salem" aviabazasına endirdiyi gecə zərbələri nəticəsində 15 ABŞ hərbçisi yaralanıb.

Mənbələr yaralıların əksəriyyətinin artıq xidmətə qayıtdığını bildirir. Qeyd olunur ki, İrana qarşı əməliyyatların başladığı gündən bu yana ümumilikdə 373

ABŞ hərbçisi yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) zərbələrin 98-ci dalğasının uğurla icra edildiyini bəyan edib.

Məlumatda Küveytdəki "Əli əl-Salem" bazası və İraqdakı "Viktoriya" düşərgəsi ilə yanaşı, İsrailin Təl-Əviv (şimal və cənub), Hayfa, Petah-Tikva və Beer-Şeva şəhərlərinin də hədəf alındığı bildirilir.

İran müharibəyə son qoymaq məqsədilə hazırladığı 10 bənddən ibarət planı Pakistan vasitəçiləri ilə ABŞ-yə təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, rəsmi Tehran hücum edilməməsi barədə zəmanət, sanksiyaların tamamilə ləğvini və regiondakı müttəfiq qruplaşmalara qarşı zərbələrin dayandırılmasını tələb edir.

Şərtlər arasında dağıdılmış infrastrukturun bərpası üçün təzminat ödənilməsi də yer alıb.

Bunun müqabilində İran Hörmüz boğazını gəmilərin keçidi üçün açmağa hazır olduğunu bildirib. Lakin təklifdə hər bir gəminin keçidi üçün təxminən 2 milyon dollar rüsum ödənilməsi qeyd olunub.

İddia edilir ki, toplanan vəsaitin bir hissəsinin infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.

ABŞ prezidenti Donald Tramp artıq sözügedən təşəbbüsə münasibət bildirərək, bunu qeyri-kafi adlandırıb.

"Bu, əhəmiyyətli təklifdir, mühüm addımdır. Lakin kifayət qədər yaxşı deyil", - deyə Tramp bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ İrana özünün 15 maddəlik planını təqdim edib. Tehran isə həmin təklifləri "həddindən artıq, qeyri-adi və məntiqsiz" adlandıraraq rədd edib.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Chosen
3
50
musavat.com

10Sources