AZ

İranda gəncləri ABŞ-nin aviazərbələrinə canlı qalxan olmağa çağırırlar

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın Tehrana Hörmüz boğazını açmaq və ABŞ ilə razılığa gəlmək üçün verdiyi son tarix bitdiyindən gəncləri elektrik stansiyaları ətrafında insan zənciri yaratmağa çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İran rəhbərliyinin düşüncəsi bu cürdür: ölkə gəncləri, idmançılar, sənətçilər, tələbələr və onların müəllimləri elektrik stansiyaları ətrafında insan zənciri yaradarlarsa, bu, ABŞ-ni hərbi cinayət törətməkdən çəkindirər.

"Hər hansı bir zövqdən və siyasi baxışdan asılı olmayaraq, milli sərvətimiz və kapitalımız olan elektrik stansiyaları İranın və İran gəncliyinin gələcəyinə aiddir", - deyə Gənclər və Yeniyetmələr Ali Şurasının katibi Əlirza Rəhimi bildirib.

“Assoşieyted Press” qeyd edir ki, keçmişdə İran Qərblə gərginlik dövründə nüvə obyektləri ətrafında da insan zəncirləri yaratmışdı.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) həmçinin valideynləri övladlarını ABŞ və İsrailin hava hücumları nəticəsində dəfələrlə hədəfə alınan nəzarət məntəqələrini qorumağa göndərməyə çağırıb.

Başqa ölkələrdə bir qayda olaraq mülki insanları vurulacaq obyektlərdən uzaq durmağa çağırırlar.

Musavat.com

Seçilən
18
2
musavat.com

10Mənbələr