EN

Tramp: Vens və Uitkoff İranla danışıqlarda iştirak edir

Tramp: Vens və Uitkoff İranla danışıqlarda iştirak edir

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların davam etdiyini deyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp danışıqların gedişatından razı qaldığını bildirib. Onun sözlərinə görə, danışıqlarda vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiv Uitkoff iştirak edir.

"Onların sabah Şərq vaxtı ilə axşam saat səkkizə qədər (Bakı vaxtı ilə 8 aprel saat 04:00 — red.) vaxtı var. Biz onlarla işləyirik. Hesab edirəm ki, hər şey yaxşı gedir. Cənab Uitkoff və Cey Di bu danışıqlarda iştirak edirlər".

Qeyd edək ki, bu danışıqlar regionda gərginliyin azaldılması və tərəflər arasında mümkün razılaşmanın əldə olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Prezidentin müəyyən etdiyi vaxt məhdudiyyəti diplomatik səylərin intensivləşdiyini göstərir.

Chosen
33
50
afn.az

10Sources