AZ

Ağ Ev İranla birbaşa danışıqların aparıldığını təsdiqlədi

"Əl-Cəzirə" telekanalı Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, ABŞ və İran arasında birbaşa dialoqun qurulması istiqamətində intensiv danışıqlar aparılır.

Bu, onilliklər boyu davam edən diplomatik gərginlikdən sonra tərəflərin ilk dəfə vasitəçisiz təmas qurmaq cəhdi kimi qiymətləndirilir. Rəsmi Vaşinqton bu formatın problemlərin daha sürətli həllinə kömək edəcəyinə ümid edir.

Musavat.com xəbər verir ki, Ağ Evdən verilən məlumatda vacib bir məqam da vurğulanıb: "Prezident Donald Tramp rəsmi bəyanatla çıxış etməyənə qədər heç bir məsələ yekunlaşmış hesab olunmayacaq".

Bu o deməkdir ki, hazırda masada olan razılaşmalar hələlik ilkin xarakter daşıyır və son sözü yalnız ABŞ lideri deyəcək.

Hazırda bütün tərəflər və beynəlxalq birja iştirakçıları Trampın verəcəyi o tarixi bəyanatı gözləyir.

Toğrul İsmayıl
Musavat.com

Seçilən
21
50
musavat.com

10Mənbələr