Bolqarıstan çempionatında 28-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Montana” ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
“Arda” - “Montana” - 2:1
Qollar: Karaqaren, 22 (1:0), Soares, 37 (1:1), Samake, 90 (2:1)
Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 68-ci dəqiqədə David İdovu ilə əvəzlənib.
Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan “Arda” hazırda 41 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.