EN

İran generalının qohumu ABŞ-dən deportasiya edilir

Ajans.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. M.Rubionun sözlərinə görə, Əfşar İranın mərhum general-mayoru Qasım Süleymaninin qardaşı qızıdır və İran hakimiyyətini dəstəkləyir.

"Yaxın vaxtlara qədər Həmidə Süleymani Əfşar və qızı "Green Card" sahibi idilər və Birləşmiş Ştatlarda lüks həyat sürürdülər. Əfşar mərhum İran general-mayoru Qasım Süleymaninin qardaşı qızıdır. O, həmçinin amerikalılara hücumları alqışlayan və ölkəmizi "Böyük Şeytan" adlandıran İran rejiminin qatı tərəfdarıdır", - Rubio qeyd edib.

Chosen
3
50
Ajans.az

10Sources