EN

Makron ABŞ və Çinə meydan oxuyur: Aİ yeni qütbə çevriləcək? Kimlər qoşulacaq?

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Macron dünya siyasətində yeni qarşıdurma xətti açacaq çağırış edib. O, Avropa İttifaqını ABŞ və Çinin təsirindən çıxmağa və müstəqil güc mərkəzinə çevrilməyə səsləyib.

Makron bu fikirləri Asiyaya səfəri zamanı səsləndirib. Onun sözlərinə görə, əsas məqsəd ABŞ və Çin kimi hegemon dövlətlərdən asılılığı azaltmaqdır.

Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Bakupost.az-a açıqlamasında bildirib ki, bu çağırış ilk növbədə Avropa daxilində rezonans doğura bilər.

“Düşünürəm ki, Aİ ölkələrinin mütləq əksəriyyəti Makronun bu təşəbbüsünü dəstəkləyə bilər. Amma Yaxın və Uzaq Şərqdə yerləşən dövlətlərin eyni mövqeni bölüşəcəyini gözləmirəm”, - o əlavə edib.

Ekspertin fikrincə, Makronun açıqlaması təsadüfi deyil və Avropanın yeni geosiyasi xəttinin anonsudur:

“Bu, Aİ-nin müstəqil qütb kimi formalaşdırılması cəhdidir. ABŞ və Çin kimi güclərin təsir dairəsinin genişlənməsi fonunda Avropa öz siyasi çəkisini qorumağa çalışır. Hegemon dövlətlər digər ölkələri ya təzyiq, ya da yumşaq güc vasitəsilə təsir altına alır. Aİ isə bu modeldən kənarda qalmaq istəyir”.

Politoloq hesab edir ki, bu proses yaxın illərdə dünya nizamını dəyişə bilər:

“Artıq çoxqütblü sistemin formalaşması qaçılmaz görünür. Xüsusilə Donald Trampın siyasəti Aİ-ni müəyyən mənada təcrid vəziyyətinə salıb. Makron da bu boşluğu görərək Avropanı ayrıca güc mərkəzinə çevirmək istəyir. Şübhəsiz, bəzi ölkələr bu çağırışa müsbət cavab verəcək”.

Rüfət Sultan,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
50
www.bakupost.az

10Sources