EN

Azərbaycanlı professor “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov SəudiyyəƏrəbistanında yerləşən Kral Səud Universitetinin Elm KollecininRiyaziyyat Departamentinin professoru Mübariz Qarayev iləgörüşüb.

Bu barədə Trend-ə komitədən məlumat verilib.

Görüş zamanı professora Azərbaycan Respublikasının beynəlxalqaləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilənsəmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə”Azərbaycan Respublikasının medalı təqdim edilib.

Qonaq xaricdə yaşayan azərbaycanlı olaraq fəaliyyətinə verilənyüksək qiymətə görə Azərbaycan dövlətinə səmimi minnətdarlığınıbildirib. O, göstərilən diqqət və dəstəyin diaspor fəaliyyətiningenişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığınıvurğulayıb.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professorMübariz Qarayev 2012-ci ildən indiyə kimi Səudiyyə Ərəbistanındayerləşən Kral Səud Universitetinin Elm Kollecinin RiyaziyyatDepartamentində professor olaraq çalışır, 100-ə yaxın elmiməqalənin müəllifidir.

Azərbaycanlı
Azərbaycanlı
Chosen
2
15
az.trend.az

10Sources