AZ

Komitə sədri Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyətini qəbul edib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov QarsTəhsil və Mədəniyyət Vəqfinin sədri Kamil Salduzun rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qonaqları salamlayan sədr yeni yaradılan vəqfin fəaliyyətinəuğurlar arzulayıb və komitə tərəfindən lazımi dəstəkgöstəriləcəyini bildirib. O həmçinin Şərqi Anadolu bölgəsindən olanAzərbaycan əsilli Türkiyə vətəndaşlarının bir araya gəlməsinitəqdirəlayiq hal kimi qiymətləndirib.

Kamil Salduz səmimi qəbula görə təşəkkür edib. 19 oktyabr2025-ci il tarixində Türkiyənin “Rəsmi qəzet”ində yayımlanan elanlafəaliyyətə başlayan vəqfin qurucularının və qəyyumlarınınəksəriyyətinin Qars əsilli şəxslər olduğunu söyləyib. Vəqfinəsasını təşkil edən "Qars Dostluq Qrupu" nun indiyə qədər bir çoxmədəni proqramlar keçirdiyini bildirib. 2023-cü ildə Diasporla İşüzrə Dövlət Komitəsinin və Azərbaycanın Türkiyədəki Səfirliyinindəstəyi ilə Ankara və İstanbulda 28 May – Müstəqillik Gününə həsrolunan kütləvi konsertlərin baş tutduğunu xatırladıb.

Komitə
Komitə
Seçilən
27
15
az.trend.az

10Mənbələr